Tramp elan etdi, Serbiya prezidenti başını tutdu – VİDEObackend

Tramp elan etdi, Serbiya prezidenti başını tutdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Serbiya arasında imzalanmış sənəd Donald Tramp tərəfindən açıqlanarkən Serbiya Prezidenti Aleksandr Vuçiç qəribə reaksiya verib.

İnterpress.az  xəbər verir ki, Tramp Serbiya və Kosovanın iqtisadi əlaqələri normallaşdırmaq üçün müqavilə imzaladıqlarını, Serbiyanın səfirliyini isə Qüdsə

köçürəcəyini açıqlayarkən Vuçiç narahatlıq keçirib. Əvvəlcə müqavilə mətnini vərəqləyən prezident daha sonra nümayəndə heyətinin üzünə baxaraq başını tutub.

Bildirilir ki, Serbiya prezidenti Vuçiç “Serbiya səfirliyini gələn ilin iyulunda Qüdsə köçürəcək” maddəsini görməyib və Trampın açıqlamasından sonra məhz bu

səbəbdən narahatlıq keçirib.

İnterpress.az