Türkdilli təhsilə maraq artıb – Anadolu liseyinin şagird tutumu niyə artırılmır?backend

Türkdilli təhsilə maraq artıb – Anadolu liseyinin şagird tutumu niyə artırılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Azərbaycan türk dilində təhsilə maraq və diqqət artmaqdadır. Əksər ailələr övladlarını türkdilli məktəblərə, liseylərə göndərməyin tərəfdarıdır. Bakıda fəaliyyət göstərən türkdilli məktəblər sırasında ən çox diqqət mərkəzində olan isə Bakı Türk Anadolu liseyidir. Hər il liseyə yüzlərlə valideyn və şagird müraciət etsə də, təhsil müəssisəsindən “yox” cavabı alırlar. Bunun səbəbi kimi liseyin şagird tutumunun aşağı olması, əhatə dairəsinin genişləndirilməməsi göstərilir. Bəs maraqlıdır, bu qədər tələbat olmasına rəğmən, Anadolu liseyinin şagird tutumu niyə artırılmır? Məşhur təhsil müəssisəsinin genişlənməsinə əngəl nədir?

İnterpress.az xəbər verir ki, mövzu ilə əlaqədar Modern.az-a danışan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə Anadolu liseyinin şagird tutumunun artırılması, liseyin böyüməsinin tərəfdarıdır:

“Hər keçən gün Azərbaycanda rusdilli məktəblərin sayı artır. Cəmi 2-3 türk məktəbi, lisey var, onların da sayı artırılmalıdır. Anadolu liseyi yüksək səviyyədə təhsil verir, məzunlarının çoxu yüksək ballarla ali məktəblərə qəbul olunurlar. Orada oxumaq pulsuzdur, dövlətə bağlı olduğu üçün təhsil də ödənişsizdir. Bu, Azərbaycan şagirdləri üçün çox önəmli məsələdir. Hər kəs uşağını özəl məktəblərdə oxutdura bilmir. Amma belə məktəblərin çox olmasının Azərbaycana xeyri var ki, zərəri yoxdur.

Bir fikir formalaşıb ki, rusdilli məktəblər guya Azərbaycan məktəblərindən daha yaxşı təhsil verir. Belə deyil. Ana dilində təhsil verən məktəblər arasında çox yaxşıları var, məktəblərimizdə də təhsil keyfiyyətlidir. Sadəcə insanlar hansısa səbəbdən rusdilli məktəblərə meyl edirlər. Belə situasiyada türk dilində təhsil verən məktəblərin sayının artması, böyüməsi problem olmayacaq. Övladlarımızın Azərbaycan xalqına illərlə düşmənçilik etmiş və düşmənlərini müdafiə etmiş xalqların dilində təhsil almağındansa, soy-kökümüzə bağlı türk dilində təhsil alması daha yaxşıdır. Məncə, rus dilində də, türk dilində də məktəblər olsun, amma bunlara diqqət, onların böyüməsinə şərait yaradılmasında ayrı-seçkilik salınmasın. Anadolu liseyinin regionlarda da filialları olsa, daha çox şagirdin istəyinə uyğun türk dilində dildə təhsil alması mümkünləşər”.