Türkiyənin Milli Kəşfiyyat Təşkilatı 2023-cü ildə terror təşkilatı İŞİD-ə qarşı keçirdiyi 122 əməliyyatda 426 terrorçunu ələ keçirib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, terroru mənbəyində bitirmək strategiyası əsasında keçən il Suriyada İŞİD-ə qarşı əməliyyatlar həyata keçirilib.
2023-cü ilin yanvarında MİT Suriyanın Bab bölgəsində türk əsgərlərinə hücum etməyə hazırlaşan 2 kamikadzeni zərərsizləşdirib.
2023-cü ilin yanvarında MİT-in İŞİD-in Xorasan vilayəti adlanan bölgəsinin Türkiyədəki diplomatik nümayəndəliklərə və ibadət yerlərinə hücumlar təşkil edəcəyini aşkar etməsindən sonra həyata keçirilən əməliyyatda 26 şübhəli saxlanılıb.