X sosial media platformasının sahibi Elon Musk yalan məlumat ehtiva etdiyi müəyyən edilən yazıların gəlir gətirməsinin qarşısı alınacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, platformanın yanlış məlumatı düzəltmək və ya yazının kontekstini izah etmək üçün istifadə edilən “icma qeydləri” funksiyasındakı yeniliyə toxunub.
Bu təcrübənin insanları sensasiyaya qarşı doğru məlumat almağa təşviq etmək məqsədi daşıdığını qeyd edən Musk əlavə edib:
“Qeyd etmək lazımdır ki, insanların gəlirlərinin qarşısını almaq üçün cəmiyyət qeydlərindən istifadə etmək cəhdləri dərhal başa düşüləcək, çünki bütün kod və məlumatlar açıq mənbədir”.