İnterpress.az xəbər verir ki, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Arif Rəhimzadənin \”Azərbaycanlılar türk deyil\” sözlərinə sərt cavab verib.
Hər il olduğu kimi, bu il də, Xocalı soyqırımını anmaq üçün doğma Türkiyəmizin müxtəlif bölgələrində konfranslar təşkil edilmişdi. Sabir bəyi və məni də bir çox yerə dəvət edilmişdilər. Biz bir çox tədbirə qatıla bilməyib yalnız beş şəhərə gedə bildik. Çünki, fiziki olaraq gücümüz çatmıb, yetişə bilmirdik.
Mənim getdiyim yerlər : Sivas, Tokat, Amasya, Samsun, Adana və İstanbul idi, Sabir bəy isə İzmitə getmişdi. Mən əsasən Universitetlərə üstünlük verirdim, çünki gənclərə nəyi isə anlatmağı, onlarla görüşü çox sevirəm və bu gəncləri millətimin ümidi hesab edirəm. Harada oldumsa çox yüksək səviyyədə qarşılandım, konfransların təşkilatçıları boyük əmək sərf etmişlər. Türk ziyalıları Xocalı faciəsini bizdən daha yaxşı bilir və ürək ağrısıyla anladırdılar. Xocalı ağrısını ürəklərində hiss edirdilər. İllərdir ki, Türkiyə bir millət olaraq Xocalı soyqırımını dünyaya tanıtmaq üçün və Qarabağın işğaldan azad olunması üçün mücadiləsini Dövlət siyasətinə çeviribdir. Ermənistanla sərhədlərini bağlı tutmasının səbəblərindən biri də, Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarıdır ki, türkiyə deyir ki, Qarabağ azad olunmasa sərhəd qapısı açılmayacaq.
Konfranslarda Atatürkün Azərbaycan türkləri üçün dediyi: \”Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir\”, Heydər Əliyevin: \”Biz bir millət, iki dövlətik\” – sözü nümunə gətirilirdi. Artıq 24 il oldu ki, mən Türkiyədə Xocalını, Qarabağı və üzərində bu gün Ermənistan dövləti qurulan, əslində isə Azərbaycan türkünün doğma yurdu olan İrəvan torpaqlarını və bu torpaqlardan qovularaq didərgin düşmüş türklərin yaşadıqları tarixi faciələrin bilinməsi üçün mübarizə aparıram və olduğum hər bölgədə bir millət olmanın, Türk olmanın qürurunu yaşamışam.
Türkiyə və onun gözəl insanları bizləri can qardaş olaraq hər zaman bağrına basıb. Acımız Türkiyənin acısı, sevincimiz isə sevinci olub. Biz Türkiyədə bunları yaşayarkən, Azərbaycana döndüyümüzdə qəribə şeylərlə qarşılaşaram. Millət vəkillərindən bəziləri \”Azərbaycan xalqı Türk deyil-deyə höküm kəsmiş və fikir söyləmişdir. Biz bunları yaxşı tanıyırıq və hər ikisi də Rusiyanın adamıdır. Yəni ki, Azərbaycan parlamentində sanki Rusyanın təmsilçisi kimi oturublar. İllərdir ki, dövlətimizin içində gizli bir əlin apardığı Türk düşmənliyi siyasətini hiss edirdik və bir gün baş verəcəyini də bilirdik. Amma bir millətin adından onun milli kimliyi haqqında söz söyləyəcək cəsarəti haradan və kimdən aldıqlarını bilmirdik. Zaman keçdikcə bunlar da gün üzünə çıxacaq. Sizlər Türk olmaya bilərsiniz və kimsə də sizə Türk olun demir, amma siz kim olursunuz ki, yüzdə 95-i özünə Türk deyən bir millətin milli kimliyinə dil uzadırsız? Ananız, avradınız erməni və rusdur deyə başımıza çıxdığınız bəs deyilmi? Millət vəkili olduğunuz yetmir mi ? Dövlətin ən əhəmiyyətli mövqelərini işğal etdiyiniz yetmirmi ? Bu millətə, azadlığını qazandırmış insanları səfil vəziyyətinə saldığınız yetmədi mi? Bizlər rus imperyasına qarşı mücadilə aparanda, sizlərin onların vəkilliyini etdiyiniz yetmirmi? \”Bir millət iki dövlət\”- deyən Heydər Əliyevə də hörmətiniz yoxdurmu ay həddini bilməzlər? Erməni olun, rus olun, kim olursunuzsa olun, bundan bizə nə, o sizin biləcəyiniz iş, amma Azərbaycan Türkünə dil uzatmayın, bu millət o dili nə edəcəyini özü çox yaxşı bilir.
Dünya tarixi Türklə başlayır. Əgər Türkün tarixini o tarixdən çəksən tarix bomboş qalar. Dünya tarixində Türklər qədər şərəfli tarixi olan ikinci bir millət yoxdur . Türklər tarix yaradar, amma onu başqaları öz mənfəətləri üçün saxtalaştıraraq yazar. Türkləri yox etmək üçün min illərdir hiyləgərcə layihələr istehsal olunur, lakin hər səfərində planları ya əllərində qalır, ya da suya düşür. Yenə də Türklər tarixin şah əsərlərini yazmağa davam edir və edəcək də. Türklər dünyanın fəqərə sütunudur, onunla oynanılmaz. Türklər kükrerse dənizlər coşar, dünyanın tarazlığı pozular və dünya başınıza elə yıxılar ki, hamınız altında qalarsınız. Türkün daşı çox, həm də çox ağırdır, onu daşıya bilməzsiz. Türklər yer üzünə Allahın lütfüdür. Türklük Şərəftir. Ona dil uzadan Şərəfsizlər isə şərəf nə olduğunu anlamazlar.
İnterpress.az