Qəzaya uğrayan təyyarə sıradan çıxmış idarəetmə sistemləri ilə 50 DƏQİQƏDƏN ÇOX UÇUBbackend

Qəzaya uğrayan təyyarə sıradan çıxmış idarəetmə sistemləri ilə 50 DƏQİQƏDƏN ÇOX UÇUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzaya uğrayan “Embraer 190” sıradan çıxmış idarəetmə sistemləri ilə 50 dəqiqədən çox uçub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına Aktau hava limanındakı mənbə bildirib.

Mənbə deyib ki, onlar Rostov-na-Don dispetçerindən Azərbaycan Xəttlərinin təyyarəsində fövqəladə vəziyyət barədə məlumat alıblar.

İddiaya görə, pilotlar səhər saat 8:35-də (Moskva vaxtı ilə) təyyarənin quşlarla toqquşması barədə məlumat veriblər. Bundan sonra Embraer-in göyərtəsində qaz balonu partlayıb və idarəetmə sistemləri sıradan çıxıb.

Bundan sonra PIC birbaşa Aktau hava limanına eniş tələb edib.

Pilotlar təyyarəni yalnız mühərrikin gücü ilə idarə ediblər – idarəetmə sistemi işləmirdi. Təyyarə sahilə yaxınlaşanda ekipaj bir neçə dönüş həyata keçirib.

Mənbələrə görə, Aktau hava limanında eniş üçün eniş konfiqurasiyası yarada bilməyib və bortu havadan seçilmiş yerə endirmək qərarına gəlib.

“Onu düz yola gətirdilər, hündürlük yüksək olduğu üçün dönmək istədi, bir döngəni tamamladı, ikinci döngəni, görünür, havadan yer axtarırdı”, – mənbə deyib.

9:29-da təyyarə sərt eniş edib. Embraer-in ön hissəsi dağılıb və alovlanb, lakin quyruğu bütöv qalıb. Sağ qalanların hamısı orada idi. Hazırda 32 sağ qalan məlumdur.

Xuraman Etibarlı

İnterpress.az