Bəşər Əsədin həyat yoldaşı Əsma leykoz xəstəliyinin (qan xərçəngi) təkrarlanması səbəbindən izolyasiyaya köçürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma leykoz xəstəliyinin (qan xərçəngi) qayıtması səbəbindən təcridxanaya köçürülüb.
Nəşrin məlumatına görə, həkimlər onun sağ qalma şansını “50/50” kimi qiymətləndirirlər.
Qəzetin yazdığına görə, Əsma Əsədə yoluxucu xəstəliklərin ötürülməməsi üçün ona başqa insanlarla eyni otaqda olmaq qadağan edilib.
Moskvada prezidentin həyat yoldaşına atası Fəvaz əl-Əxras qulluq edib.
Xuraman Etibarlı
İnterpress.az