Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı növbəti dəfə Neftçala seçiciləri ilə görüşüb.
Görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı məsələlər qabardılıb.
Millət vəkili şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırıb, onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.
Digər seçicilərin də hər birinin arzu və istəkləri, eyni zamanda qaldırdıqları sosial problemlər, vətəndaşların təklif və tələbləri millət vəkili Tənzilə Rüstəmxanlı tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanmasına tapşırıqlar verilib.
Görüş iştirakçıları artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Tənzilə Rüstəmxanlıya dərin təşəkkürlərini ifadə ediblər.
Görüşdə həmçinin Neftçala RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vasif Əliyev də iştirak edib. O da öz növbəsində qeyd olunan məsələ və problemlərə münasibətini bildirib, tədbir görülməsi üçün müvafiq qeydlər aparıb.