Dağıstanın Kaspiysk şəhərində Əli Əliyev adına idman kompleksinin zalında kütləvi dava olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Yarış Əli Əliyev adına İdman Kompleksində baş tutub.
Davaya səbəb moskvalının yerli idmançıya qalib gəlməsi olub.
Dağıstanın Bədən Tərbiyəsi və İdman Naziri Sajid Sajidovun sözlərinə görə, hazırda onlar cəzalandırılıb, təhrikçilərdən ikisi isə diskvalifikasiya olunub.
Xuraman Etibarlı
İnterpress.az