Məktəbli prezidentin kortejini söydüyünə görə həbs cəzas alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki,yuxarı sinif şagirdi prezidentin kortejini söydüyünə görə həbs cəzasına məhkum edilib.
16 yaşlı türk 10 ay 10 günlük ümumi rejim cəzası alıb.
Məhkəmə onun “Ərdoğanın kortejinin keçidi zamanı onu müşayiət edən avtomobil kolonuna qarşı nalayiq ifadələr işlətdiyini” müəyyən edib.
Xuraman Etibarlı
İnterpress.az