Ermənistanın Əmək Nazirliyi maaşları saxlamaqla iş vaxtını gündə 8 saatdan 7 saata, həftədə isə 40 saatdan 35 saata endirməyi təklif edirb.
İnterpress.az xəbər verir ki, bu barədə ermən mediası məlumat yayıb.
Layihə hüquqi aktların layihələrinin vahid platformasında, elektron layihədə təqdim olunur.
Layihənin lehinə 827, əleyhinə isə 30 səs toplayıb. 2025-ci il yanvarın 7-dək dövriyyədə qalacaq.
Sənədin əsaslandırılmasına əsasən, bu tənzimləmə “Ermənistan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” və “Minimum aylıq əmək haqqı haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihələrinə dəyişiklik etməklə əldə edilə bilər.
Xuraman Etibarlı
İnterpress.az