Qazaxıstan polisi sərnişin təyyarəsinin qəzaya uğraması səhnəsini lentə alan, foto və videolar dərc edən yerli blogeri saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb.
Məlumata görə, bloger hadisə yerinə pilotsuz uçan aparat buraxaraq xilasetmə xidmətlərinin işinə və istintaq hərəkətlərinə maneələr yaradıb, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
“Nə üçün saxlandığım hələ də bəlli deyil?
Məni konkret qayda pozuntusu maddəsi ilə ittiham etmədilər, vəkillə təmin etməkdən imtina etdilər, çəkilişlərə qadağa qoydular və əsas sual budur ki, mən xilasedicilərə necə müdaxilə etdim?
Bunun nə demək olduğunu başa düşürsünüz?
Hazırda bütün dünya mediası: Reuters, Guardian, BBC və s. mənim fotoşəkillərimdən istifadə edir”, – bloger yazıb.
Xuraman Etibarlı
İnterpress.az