İrandakı zəlzələ nəticəsində yaralananların sayı artıbbackend

İrandakı zəlzələ nəticəsində yaralananların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 8-nə keçən gecə İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 529 nəfərə çatıb.

İnterpress.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin tibbi yardım və fövqəladə halların qarşısının alınması mərkəzinin rəhbəri Fərzəd Rəhmani məlumat verib.

O, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyünü, 529 nəfərin də xəsarət aldığını, bunlardan da 31 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, 5,9 maqnitudalı zəlzələnin mərkəzi Təbrizin 156 kilometr cənub-şərqində yerləşir. Zəlzələnin ocağı EMSC-nin məlumatına görə 62 kilometr, yerli tədqiqatçıların fikrincə isə 8 kilometr dərinlikdə yerləşir.