Heykəli tədqiq etməyə başlayan alimlər Amersfoort şəhərindəki tibb mərkəzində tomoqrafiya skaynerindən keçiriblər. Nəticədə heykəlin içində insan skeleti tapılıb.
İnterpress.az xəbər verir ki, Budda sənəti üzrə mütəxəssis Erik Brujin bildirib ki, aparılan araşdırmalar heykəlin içindəki mumiyanın Çin meditasiya məktəbinin ustalarından biri Liuquana aid olduğu ehtimal edilir.
Analizlərdən sonra mumiya ilə bağlı yeni məqamlar ortaya ıxarıblar. Liquanın sinəsində və qarnında hələ nə olduğu bilinməyən bir maddə tapıblar. Orqanları olan boşluqda isə bəzi işarələr çəkilmiş kağızlar tapılıb.
Kağızlarda qədim Çinə aid şəkil və yazılar var. Mumiyalama təkcə Çində deyil, Yaponiyada da tətbiq olunub. Məsələn, Yaponiyada mumiyalanacaq rahiblər qurd və həşəratlardan təmizlənmək üçün hər biri 1000 gün davam edən iki ayrı pəhriz tuturdular.
Pəhrizdən sonra daş bir məzara girən rahiblər burada ölümü gözləyirdilər. Basdırılandan min gün sonra məzarları açılan mumiyalar məbəddə hörmət simvolu kimi saxlanılırdılar.
İnterpress.az