15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldıbackend

15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər təsdiqini tapıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Bidirilib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb:

“Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.