SON DƏQİQƏ! Dmanisi qarışdı etnik zəmində hücum olub – Üstümüzə 60 nəfər… – VİDEObackend

SON DƏQİQƏ! Dmanisi qarışdı etnik zəmində hücum olub – Üstümüzə 60 nəfər… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gələn son dəqiqə məlumatına görə, Dmanisi rayonunun mərkəzində yerləşən “Ömər Market”ə olub.

İnterpress.az -ın əldə etdiyi məlumata görə, bu gün günün ikinci yarısında baş verib.

Sözügedən marketin satıcısı Saidə İsmayılova bildirib ki, hadisə etnik zəmində “Svanlar” tərəfindən törədilib.

Marketin satıcısının müsahibəsini olduğu kimi təqdim edirik:

“Bu gün təqribən saat 17:00 radələrində iki nəfər gənc sərxoş halda marketə gəldi məndən onlara nisiyə pivə verməmi istədilər. Mən onlara dedim ki, müdir burada olmadığından dolayı mən nisyə heçnə vermə hüququm yoxdur. Elə bundan sonra məni pis-pis söyüşlərlə təhqir etdi və dedi ki, kalkulyatoru başına çırpacam… Bundan sonra qaynatam gəldi və dedi ki, niyə təhqir edirsiniz? və elə bundan sonra yaşlı qaynatamın sinəsinə təpiklə vurdular və döydülər. Bundan sonra biz polisi çağırdıq və onlar bizim dindirmək üçün şöbəyə apardılar. Biz gedib gələnə bu vaxtda bizə zəng gəldiki 60 nəfərə yaxın adam gəlib, mağazanı qırıblar, buradakıları döyüblər, boğazlarından seplərinə qədər oğurlayıblar, maşınımızı qırıblar. Buranın yiyəsi yoxdurmu? Biz bütün bunların hamsını tanıyırıq, kamera da var. Bunlar “Svanlardır”. Bu daimi olaraq bizim başımıza gələn hadisədir. 3 yaşında uşağı vurublar, 15 yaşında oğlumu döyüblər, bu hadisə etnik zəmində baş verib. Bir il bundan öncədə üstümüzə belə bir qrup düşmüştü, fəqət şikayət etdik baxan olmadı”.

İnterpress.az