Sızranda autizmli uşaqların düşərgədə döyülməsi ilə bağlı cinayət işi açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Sızranda autizm spektr pozuntusu olan uşaqların düşərgədə tərbiyəçi tərəfindən döyülməsi barədə məlumatdan sonra cinayət işi başlanıb.
Hadisənin bütün halları araşdırılır. Prokurorluq istintaqın gedişinə nəzarət edir.
Xuraman Etibarlı
İnterpress.az






