Türkiyə ordusu şəhid verdibackend

Türkiyə ordusu şəhid verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

İNTERPRESS.AZ  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, PKK “Pənçə-Şimşək” kontr-terror əməliyyatının keçirildiyi zonada minaatanlarla Türkiyə ordusunu atəşə tutub. Hücum zamanı türk hərbçi ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə ordusu cavab atəşi ilə qruplaşmanın üç üzvünü zərərsizləşdirib. Bölgədə anti-terror əməliyyatları davam etdirilir.