Gənc qızı tanınmaz hala salan cərrah onu lağa qoydubackend

Gənc qızı tanınmaz hala salan cərrah onu lağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada yaşayan Güllü Gökçe adlı gənc qız plastik əməliyyatın qurbanı olub.

İNTERPRESS.AZ xəbər verir ki, 25 yaşlı Gökçe toyuna bir neçə ay qalmış burnunu estetik əməliyyat etdirmək qərarına gəlib. Bunun üçün Türkiyəyə üz tutan xanım xəstəxanalardan birində əməliyyat olunub.
Normalda 1 saat çəkən əməliyyat 10 saat davam edib. Nəticədə o, estetik cərrahiyyə qurbanı olub.
Uğursuz əməliyyatdan oyanan qız üzünü görən kimi şoka düşüb. Onun dodağında, çənəsində və qulağında qanaxma başlayıb.
Həkim Güllünün dodağına və çənəsinə də kiçik müdaxilə edib. Bu zaman sap onun dodağında unudulub.
Problem bununla bitməyib. Onun səs telləri də korlanıb, danışmaqda çətinlik çəkib. Eyni zamanda saçları da tökülməyə başlayıb.
Mənəvi travma alan Gökçe bir çox psixoloqa müraciət etməli olub. Güllü maddi və mənəvi zərərə uğradığı üçün əməliyyat edən həkimi məhkəməyə verib.
Başına gələn dəhşətdən danışan Gökçe cərrahın onun həyatını qaraltdığını bildirib.
Gənc qız əməliyyatdan sonra həkimin “Bu da sənə toy hədiyyəm olsun” deyərək onu lağa qoyduğunu bildirib.