Taliban Kabilə döyüşsüz girmək üçün danışıqlara başladıbackend

Taliban Kabilə döyüşsüz girmək üçün danışıqlara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radikal islamçı Taliban qruplaşmasının rəhbərliyi öz döyüşçülərinə Kabilə hücum etməmək əmri verib.

 

İnterpress.az TASS-a istinadən bildirir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid Twitter səhifəsində bildirib.

 

Verilən məlumata görə, Taliban rəhbərliyi Kabilə girişində gözləməyi və şəhərə hücum etməmək haqqında bəyanat yayıb.

 

Vurğulanır ki, Taliban qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün hazırda ölkənin legitim hökuməti ilə danışıqlar aparılır.