16 yaşlı qız onu zorlayana ərə gedir – Atasının dostudurbackend

16 yaşlı qız onu zorlayana ərə gedir –  Ərə gedəcəyi şəxs atasının dostudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kocaeli məhkəməsinin iki il əvvəl əlil 16 yaşlı qıza qarşı təcavüz edən şəxsi azad etməsi ciddi rezonans doğurub.

İNTERPRESS.AZ haberler.com-a istinadən xəbər verir ki, sevgilisinin atası tərəfindən zorlanan qızın ailəsi qərardan narazı olduğunu bəyan edib.

Qeyd edək ki, sevgilisinin atası onu idarə etdiyi mikroavtobusda əl -ayağını bağlayıb təcavüz edib. Məhkəmədə onun barəsində 18 il həbs qərarı çıxarılıb. Gənc qızın ailəsinin bu qərara qarşı üsyan qaldırarkən oğlanın gənc qıza “Şikayətçi olma, səninlə evlənəcəyəm” dediyi də bəlli olub. Ən dəhşətlisi odur ki, hadisə günü ata parka gedən gənc qıza oğlu ilə evlənmək istədiyini soruşub. Sonra onu mikroavtobusuna aparıb və orada təcavüz edib. Sonra da gənc qızı mikroavtobusa mindiyi yerə qaytarıb.