backend

Kərkükü uduzsaq Urmiyanı da uduza bilərik-II.hissə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 oktyabr 1918-ci ildə imzalanmış Mondoros müqaviləsindən 3 gün sonra İngilis Genaralı Osmanlının 6-cı ordu komutanı Əli Ehsan paşadan bölgənin İngilislərə təslim edilməsini tələb etmiş,8 noyabrda Mosuldan İngilis bayragı asılmışdır. 10 0ktyabr 1922-ci ildə İngilis-İraq andlaşması ilə İraq- bu qədim türk torpagı İngiltətrənin himayəsi altına girərək əslində İngiltərə müstəmləkəsinə çevrilmiş, bu müstəmləkə aktı 1923-ci ildə Lozann müqaviləsi ilə bir daha təsdiq olunmuş,1926-cı ildə Ankarada, İngiltərə, İraq, Türkiyə arasında “Sərhəd və yaxşı qonşuluq Əlaqələri Müqaviləsi” imzalanmışdır. Hər iki müqavilədə İraq Türklərinin taleyi diqqətə alınmamış, İraq türklərinin hüquqi statusu müəyyənləşməmişdir.14.12.1927-ci ildə Kral Faysalın öndərliyi ilə İraq istiqlalını elan etmiş, İngiltərə bu istiqlalı tanımışdır.Kral Faysalın öndərliyi ilə kraliyyət dövrü 1958-ci ilə qədər davam etmiş, general Əbdülkərim Qasımın üsyanı ilə krallıq devrilmiş İraqda cümhuriyyət qurulmuşdur.

1963-cü ildə Əbdülsəlam Məhəmməd Arif ilə qardaşı Əbdürrəhman M.Arifin beş il sürən iqtidarlarından sonra,1968-ci ildə Sosyalist Ərəb Baas Partiyası general Əhməd Həsən Əl-Bəkir rəhbərliyi ilə hakimiyyəti ələ keçirmiş, 1979-cu ildə Seddam Hüseyn hakimiyyəti ələ alaraq Əl-Bəkirin yerinə keçmişdir.1980-88-ci illərdə İran İraq savaşı zamanı Seddam Hüseyn İraq türkmanlarını müharibənin ön cəbhəsinə irəli verməklə türkman qırgınlarının əsasını qoymuşdur.Xatırladırıq ki,eyni siyasəti İran islam Cümhuriyyetinin baş komandanı Ayətullah Xomeyni də həyata keçirmiş Azərbaycan türklərindən ibarət “Aşura diviziyası” təşkil edərək onları müharibənin ön seflərinə ölümə göndərmişdir. İran- İraq müharibəsində şəhid olan 6 milyon İran vətəndaşının yarıdan coxu və İraq vətəndaşının yarıdan coxu türklər olmuş, beləcə Azərbaycan türklüyü onların tarixinə, mədəniyyətinə, vətəninə aid olmayan proseslərin qurbanına çevrilmişlər.

İraq-iran müharibəsi 1988-ci ildə bitdikdən sonra Səddam Hüseyn 1990-cı ildə Küveyti işgal etməklə Körfəz Krizinin yaranmasına səbəb olmuş, 1991-ci ildə ABŞ və müttəfiqləri İraqa müharibə elan edərək, Küveyti İraqın əlindən almışdır. Bütün bu siyasi hadisələr iraq türkmanlarının siyasi, iqtisadi və demoqrafik həyatına mənfi təsir göstərmiş, bölgənin inkişafına mane olmuşdur. Necə ki, İranda türklərin statistik sayı Pəhləvi və İslam rejimi tərəfinən saxtalaşdırılaraq azlıq kimi göstərilir, eləcə də İraqda türkmanların sayı hökümətlər tərəfindən saxtalaşdırılmışdır.Bu günə qədər İraqda beş dəfə əhalinin siyahıya alınması keçirilmişdir.1947-ci il siyahıya alınmasında 286.005 (əhalinin 5.9 %), 1957-ci ildə 388.939 (əhaalinin 6%), 1965-ci ildə 473.626(əhalinin 5.8%), 1977-ci ildə 495.425(Əhalinin 4%), 1981-ci ildə 567.057(Əhalinin 4.15%), göstərilmişdir. 1981 -ci il siyahıa alınmasına əsasən Mosul- 1.227.215, Selahəddin-402.067, Kerkük-567.957, Diyala-637.778, Ərbil-632.252 kimi türkmən şəhəhərlərində əhalinin ümumi sayı 3.467.269 nəfər olmuşdur..İraqın ümumi əhalisi isə 13.669.689 nəfər olmuşdur.

1987-ci ildə isə əsas əhalinin 16 milyon oldugu göstərilmiş iraqda türklərin sayı ümumi əhalinin 2 % kimi göstərilmişdir.İraq iqtidarları Türk əhalinin sayını saxtalaşdırsa belə Kərkük,Ərbil, Mosul vilayətləri, Səlahəddin və Diyalanın rayon və kəndləri ilə Bagdadda yaşayan 300.000 Türkmən əhalinin ümumi sayı, İraq türklərinin 2 milyondan cox oldugu qənaətini dogurur.Bu iddianı statistik hesabla dogrulamaq mümkünddür.1957-ci ildə İraqda 500.000 türkmənin yaşadıgı bildirilmiş, 1959-cu ildə 567.000 oldugu göstərilmişdir.İraqda illik əhali artımının sürəti 3.296% göstərilir.1959-cu il hesablamasını əsas alsaq 1994-cü ildə iraq türklərinin sayı 1.764.029 olur.Bununla bərabər onu da deməyilik ki,iraqda Türklər yaşayan bölgələrdə ərəblərin və kürdlərin xeyrinə demoqrafik disbalans yaradılmış, bu bölgəyə köçürülən kürd ərəb miqrantları vasitəsilə bölgənin etnik tərkibi dəyişdirilmiş,türklər öz topaqlarında azınlıq durumuna düşmüşdür. Məsələn, 1960—cı ildə Kərkük əhalisinin 95% türk olmuşdur.Ərəbləşdirmə siyasəti ilə buraya on minlərlə ərəb və kürd ailələri köçürülmüş, 1980-ci ildə 95%-lik türk əhalisinin sayı 75% düşmüşdür.

Tarix boyu İraqın şimal və mərkəzi bölgələri türk bölgələri olmuşdur.Türklər burda Azərbaycan və Anadoluya baglı böyük mədəniyyətin təməllərini atmışlar.Lakin,
Iraq türklərinin yerləşdiyi ərazilərdə rəsmi iraq hökümətləri tərəfindən yeridilən inzibati-ərazi siysəti türk torpaqlarının əllərindən alınmasına , türklərin demoqrafik balansının pozulmasına və assimilyasiya olunmasına zəmin hazırlamışdır. Məsələn Kərkükün ərazisi 1977-ci ildə 19.543 km olmuşdusa ,sonradan 9.426 km düşürülmüşdür. 1957-ci ildən etibarən türklərin yerləşdiyi vilayətlər-Mosul (Mosul vilyətinə 9 mahal,26 rayon,2153 kənd daxil idi), Ərbil (Ərbil vilayətinə 6 mahal,15 rayon,1151 kənd daxil idi), Kərkük (Kərkük vilayətinə 4 mahal,14 rayon,1274 kənd daxil idi), Diyala (Diiyala vilayətinə 5 mahal, 13 rayon və 718 kənd daxil idi) vilayətləri sistemli şəkildə türklərdən təmizlənməyə başlamış, ərəb , kürd köçkünləri bu ərazilərdə yerləşməyə başlamışlar.

Bölgədə kürdləşdirmə elə sürətlə aparılmışdır ki, nəticədə kürd silahlı qruplaşmaları indi türk torpaqları üzərində kürd dövləti qurmaga çalışır. Sual olunur, Bu bölgə Türklərlə məskunlaşdıgı halda, türk torpagı oldugu halda niyə burda türk dövləti yox, kürd dövləti qurulur. Məsələ aydındır,çünki ABŞ və Qərb belə istəyir.Çünki son yüz ildir türk azınlıqlarını və bölgələrini qoruya biləcək türk dövləti və türk ordusu,türk siyasəti, türk maraqları yoxdur. Çünki türk dövlətləri Qərbin və Rusiyanın periferiyalarına çevrilmişlər və türk millətinin gələcəyi ilə baglı müstqil siyasi iradə qoya bilmirlər. Və beləliklə son yüzildə türklər Əfqanıstanda, İraqda, Qərbi Azərbaycanda(Ermənistanda), Suriyada, Çində, İranda, Rusiyada assimilyasiya, etnik təmizləmə və soyqırıma məruz qalmışlar. İraq türk bölgələri necə kürdləşib kürd dövlətinə çevrildisə, eyni ilə həmin ssenari XX əsrin əvvəllərində İrəvan xanlıgında , Qərbi Azərbaycanda həyata keçirildi. Qərb və Rusiya dövlətinin dəstəyi ilə bölgədə türk etnik təmizləmə və soyqırım siyasəti həyata keçirildi, bölgə erməniləşdirildi və nəticədə Ermənistan dövləti quruldu.

Bilindiyi kimi İraq, xüsusilə də Kərkük-Mosul bölgəsi böyük neft yataqlarına sahibdir.İraqın neft ehtiyatının ən çox oldugu bölgə şimalda Kərkük,cənubda Bəsrə və mərkəzdə Bagdat ətrafında türk bölgəsi olan Diyalanın Xanəkan rayonudur.

İraq iqtisadiyyatının dayandıgı ən önəmli qaynaqlardan biri neftdir.İraqın neftdən gələn gəlirləri ümumi gəlirlərinin 87%-ni təşkil etməkdədir.İraqın neft ehtiyatının bəzi qaynaqlarda 100 milyard, bəzilərində isə 200 milyard varil oldugu haqqında məlumatlar vardır. “The Middle East and North Afrika-1992” adlı illik hesabat bülleteninde İraqın 90-cı ildən bəri neft istehsal edən 36 dünya ölkəsi arasında 7-ci yeri tutdugu qeyd edilmişdir. Bu hesabata görə İraq dünyada istehsal edilən xam neftin 3.09 %-ni istehsal etməkdədir. İraq neftinin 75.50% kerkükdən, 22.74% Bəsrədən, 1.76% Mosuldan istehsal edillməkdədir ki,bu da İraqın ümumi istehsalının 77.26% təşkil etməkdədir. Bu türk bölgələrində təbii qaz yataqlarının oldugu,Kərkükdə böyük miqdarda kükürdün oldugu haqqında da məlumatlar vardır. İraqın bir neçə yerə parçalanması, türk bölgəsində Kürd Muxtariyyətinin qurulması, İŞİD təşkilatının hərbi savaşlarının əsl səbəbləri bu neft rezervlərinə sahiblənmək ugrunda savaşların təzahürləridir. Türkiyə kürd faktoru ilə zəiflədilərək bu neft bölgəsi ugrunda gedən gərgin qlobal mübarizələrdən təcrid edilmiş, bölgənin kürdləşdirilməsinə və Kürd dövlətinin qurulmasına nəzarət etmək imkanlarından məhrum edilmiş, Kərkük türklərini belə müdafiə etməkdən aciz qalmışdır. Kərkük türklərinin bölgədə yaşaması,türk muxtarlıgının qurulması bu neft rezervlərinə malik bölgənin Türkiyə və ya türk nəzarətinə keçməsi Türkiyənin güclənməsi demək olardı və bu Qərb ölkələri tərəfindən yolverilməzdir.

Nə etməli

Lakin bütün bunlara baxmayaraq Türkiyə və Azərbaycan Kərkük türkləri ilə baglı birgə strateji siyasətə malik olmalı, vahid siyasi mövqe nümayiş etdirməlidirlər.
Türkiyə və Azərbaycan birləşmiş ordusu iraq Türkmən bölgəsinə girərək Türklərin təhlükəsizliyini,Ərazilərinin bülünməzliyini təmin etməlidir.
Eyni zamanda bu ölkələrin mediyası Türkmən bölgəsinin müdafiəsinə qalxmalıdır. Türk maraqlarının müdafiəsini təşkil edən informasiya siyasəti qurulmalıdır.Çox təəssüflər ki, mediya şirkətləri Türkiyə və Azərbaycanda milli maraqların müdafiəçisi yox, daha çox Qərb və ABŞ maraqlarının müdafiəçiləri oldugundan, daha çox Qerb merkəzlərinə baglı olduqlarından Kerkük türklərinin taleyinə biganəlik nümayiş etdirirlər. “ABŞ-Qərb-izrail nə edirsə deməli bu düzdür” təfəkkürü Qərb köləsi medyanı bu cografiyalarda yaşanan felaket və qətliamlara biganələşdirmişdir.
Türkmən gəncləri Universitetlərdə pulsuz təhsil almalıdır.

Türkmən partiyaları, Siyasi təşkilatları,qadın təşkilatları,QHT-ləri,İnsan Haqlarını Müdafiə təşkilatları,Millət vəkilləri,Aydınları,elmi və Kültür mərkəzləri ilə sıx iş birliyi qurulmalı,Türkmənlərlə Türkiyə və Azərbaycan sıx inteqrasiya olmalıdırlar.
İraqın bölünməsinə,Türkmən bölgəsində Kürd dövlətinin qurulmasına yol verilməməlidir
Türkmənlərin İraq ərazi bütünlüyü içərisində Muxtariyyət istəyi dətəklənməlidir.

Bütün bunların müqabilində əgər İraq siyaasi istiqlalını və bütünlüyünü qoruya bilməsə İraq türkmənlərinin torpaqları İraq türkmanlarının öz istəyi ilə Azərbaycanın qəyyumluguna keçməlidir və Azərbaycan bu yönümdə fəaliyyətin alt yapısını hazırlamalı, təbligat-təşviqat işləri həyata keçirilməlidir.

8.Türkiyə və Azərbaycan yaxın şərqdə,İraqda öz gələcək təhlükəsizliyi,strateji maraqları istiqamətində fəal siyasi mövqe nümayiş etdirməlidir. Kərkük bölgəsi Türkiyə və Azərbaycanın dövlət təhlükəsizliyinin açarıdır. Əgər İraq türkləri etnik təmiizləmə və soyqırıma ugradılmaqla bölgədən silinəcəksə bu kürdlərin İraqda güclənməsinə,Güney Azərbaycanın Urmiya bölgəsini də nəzarətə götürməsinə və bütövlükdə Qərbi Azərbaycanın kürdləşdirilməsinə səbəb olacaqdır. Beləliklə də Türkiyəni Güney Azərbaycanla baglayan Urmu bölgəsində tampon kürd bölgəsi yaranacaq və Güney Azərbaycanla Türkiyə bir-birindən təcrid ediləcək. Bu Anadolu və Azərbaycan arasında bagların həmişəlik qopmasına,türk dünyasının gələcəyinə cox böyük zərbə olacaqdır.

Qeyd etməliyəm ki,Kürdlər təkcə Kərkük ərazilərinə deyil, Günüy Azərbaycanın Qərbi Azərbaycan ostanlıgı ərazilərinə də iddia etməkdədirlər.Bunu da qeyd etməliyəm ki, 1943-cü ildə Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda başlayan Milli Azərbaycan hərəkatından yararlanan kürdlər tarixi Azərbaycan torpaqlarında-Maraga, Sınıqqala, Həmədan, Sənəndəc və digər Azərbaycan ərazilərində müstəqil Mahabat kürd dövləti yaratdılar.İnqilabın süqutundan sonra bu ərazidə Kürd ostanlıgı yaradıldı ki , hazırda bura İran Kürdüstanı adlandırılmqdadır. Bu Azərbaycan türklüyünün XX əsrdəki ən böyük məglubiyyətidir.İrəvan xanlıgı,Qarabag Ermənilər tərəfindən,Güney Azərbaycanın Maraga, Sınıqqala, Həmədan, Sənəndəc bölgələri kürdlər tərəfindən mənimsənilmişdir. Bununla bərabər Kürdlər Qərbi Azərbaycanın Urmiya ,Sulduz, Maku, Xoy, Tikantəpə bölgələrini də Kürdüstan adlandırmaqda və Tarixi torpaqlarımızı ələ keçirmək üçün mübarizə aparmaqdadırlar.

Türkiyə və Azərbaycan isə bu proseslərə müdaxilə etmək,özünü müdafiə etmək imkanından məhrum edilmişdir. Kərkük bölgəsində Kürdüstan dövlətinin qurulması,Urmu bölgəsinin və Naxçıvanın da kürdləşdirilməsi projesi istiqlal ugrunda mübarizə aparan Güney Azərbaycanın gələcəkdə Kürdüstan –Ermənistan arasında sıxışdırılmasına və Quzey azərbaycandan,Türkiyədən təcrid olunmasına gətirib cıxaracaqdır.Beləliklə də Bütöv Azərbaycan ideyası fiaskoya ugrayacaqdır yəni Quzey Azərbaycanla Güney Azərbaycan arasında ərazi, torpaq birliyinin mövcudluguna zərbə vurulacaq hər iki Azərbaycan “Kürdüstan”, “Ermənistan” təhdidi altında qalacaqdır. Qeyd edim ki, İran rejiminin Urmu gölünün qurudulması və Azərbaycan türklərinin bu ərazilərdən köçürülməsi planı da Anadolu və Azərbaycan arasında cografi,etnik,Kültür baglarının qoparılması siyasətinə xidmət etməkdədir.