19 yaşlı iordaniyalı boksçu dünya çempionatında döyüşdən sonra öldü – FOTObackend

19 yaşlı iordaniyalı boksçu dünya çempionatında döyüşdən sonra öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniyalı boksçu Raşed əl-Svaysat Polşada keçirilən gənclər arasında dünya çempionatında mübarizədən sonra ölüb.

Bu barədə “Reuters” xəbər verib.

Qeyd edək ki, aprelin 16-da 19 yaşlı idmançı 81 kq-a qədər çəki dərəcəsində estoniyalı Andrey Vinoqradovla döyüşdə huşunu itirib.

Boksçu xəstəxanaya yerləşdirilib, başından hematomun çıxarılması üçün təcili beyin əməliyyatı edilib. Bundan sonra Əl-Svaysat reanimasiya şöbəsinə köçürülsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

 

 

İnterpress.az