İrkutskda 25 il əvvəl iki nəvəsini qətlə yetirən yaşlı qadın saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasıyası İstintaq Komitəsi məlumat yayıb.
İdarənin məlumatına görə, 1999-cu ilin sentyabrında İrkutsk şəhərinin Trilissera küçəsindəki mənzildə iki uşağın meyiti tapılıb.
Nənənin qətildə əli olması müəyyən edilib. Daha sonra qadın ibtidai istintaq orqanlarından itib və axtarışa verilib.
Təqaüdçü Simferopolda saxlanılaraq Anqara vilayətinə aparılıb.
Xuraman Etibarlı
İnterpress.az