İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müsəlman qadının bu hərəkəti sosial mediada qarşıdurma yaradıb. Radikallar müsəlman qadının andiçmə mərasiminin dini ayrı-seçkiliyə səbəb olacağını iddia edirlər.
Afrika kökənli qadın hakim Karolayn Valker Diallonun müqəddəs kitaba əl basması və hicablı olması ABŞ-da və dünyada islamfobiyadan əziyyət çəkən irqiçiləri cin atına mindirib. Belə ki, andiçmə mərasimindən verilən xəbərlərə sosial şəbəkələrdə çox aqressiv şərh yazanlar çoxluq təşkil edib.
Abuzər
İnterpress.az