Rusiyada 14 yaşlı məktəbli qız ekstremistlər reyestrinə SALINDIbackend

Rusiyada 14 yaşlı məktəbli qız ekstremistlər reyestrinə SALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 14 yaşlı məktəbli terrorçular və ekstremistlər siyahısına daxil edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Samara şəhərindən olan, 2012-ci il təvəllüdlü Sofya M. terrorçular və ekstremistlər reyestrinə daxil edilən ən gənc şəxslərdən biri olub.

Məlumata görə, oktyabrın 7-də Rusiya Maliyyə Monitorinqi üzrə Federal Xidməti reyestri yeniləyib. Məktəblinin siyahıya salınmasına səbəb onun evdə saxladığı qadağan olunmuş ədəbiyyat olub.

Məlumata görə, qız ekstremist məzmunlu çatlarda da iştirak edib. Bu məlumatlar onun sinif yoldaşına bıçaqla hücum etməsindən sonra üzə çıxıb.

Hadisədən sonra Sofya saxlanılıb, 30 gün müddətinə həbs edilib və məcburi müalicəyə göndərilib.

Xuraman Etibarlı

İnterpress.az