962 il sonra iki əsas xristianlıq cərəyanının rəhbəri bir araya gəlib.
Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-provaslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar. Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.
İnterpress.az