Türkiyədə deputatlar arasında dava – 5 yaralı – VİDEObackend

Türkiyədə deputatlar arasında dava – 5 yaralı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TBMM-in Konstitusiya Komissiyasında toxunulmazlıqlara bağlı Konstitusiyaya dəyişiklik təklifinin müzakirə olunduğu zaman AK parti ilə HDP-li (PKK yönlü Xalqların Demokratik Partiyası) millət vəkilləri arasında dava olub. Bir-birinə yumruqla zərbələr vuran deputatlardan 5-i yaralanıb. Onlardan 3-nün AK Parti-li, 2-nin isə HDP-li deputat olduğu bildirilir.

Yaralı deputatlar xəstəxanaya yerləşirilib.

Qalmaqal böyüdüyünə görə toplantı növbəti günə təxirə salınıb. ( qafqazinfo.az )


İnterpress.az