”Unibank”ın işçiləri müştərini döydülər – BAKIDA OLAY – YENİLƏNİBbackend

”Unibank”ın işçiləri müştərini döydülər – BAKIDA OLAY – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhməd Hüseynov, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Müraciətdə bildirib ki, bir neçə gün öncə günorta saatlarında Əhməd Rəcəbli küçəsi 1-də yerləşən \”Unibank\”ın Dərnəgül filialında olan zaman bankın işçiləri tərəfindən döyülüb. Müştəri kredit problemi ilə bağlı bankın filialına müraciət edibmiş.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsindən isə bildirdilər ki, hadisə bir neçə gün bundan əvvəl qeydə alınıb. Həmin gün şikayətçi həyat yoldaşının kredit problemilə bağlı banka müraciət edibmiş.

\”Unibank\”la da əlaqə saxladıq. Bu barədə heç nə deyə bilməyəcəklərini söylədilər:

\”Sizin müraciətinizi qeydə aldıq. Sizinlə əlaqə saxlanılacaq\”.

İnterpress.az