Azərbaycandan Rusiyaya pomidor ixracı kəskin artıbbackend

Azərbaycandan Rusiyaya pomidor ixracı kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə məlumat verib.

O, qeyd edib ki, istehsalın ötən illə müqayisədə köklü şəkildə artırılması üçün dövlət dəstəyi tətbiq edilməyə başlayıb:

“Pambıq istehsalının 18 min hektardan 50 min hektara çatdırılması planlaşdırılıb. Belə ki, dövlətlə bazarın iri emal şirkətləri arasında birgə razılaşma əldə edilib. Dövlət tərəfindən onlara toxum, gübrə, texnika, güzəştli kreditlər və s. verililib. Onlar da tədarük qiymətlərini 41 qəpikdən 50 qəpiyə qaldırıb. Bununla da pambıq sahəsinin inkişafı davam etdirilir. Eyni zamanda tütün istehsalında da oxşar mexanizm tətbiq edilməyə başlayıb. Nəticədə tütününün də həcminin təqribən iki dəfə artırılması nəzərdə tutulub.

Həmçinin, istehsalçılara dövlət tərəfindən pulsuz barama toxumları paylanıb. Nəticə etibarilə ixrac kəskin artıracaq ki, bu da milyonlarla manat əlavə gəlir deməkdir”.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra Azərbaycan məhsullarının bu ölkə bazarlarında özünə yer tutmasına gəlincə, şöbə müdiri istixana məhsulların ixracında kifayət qədər artım hiss edildiyini qeyd edib:

“Hazırda pomidor ixracı kəskin artıb. Ümumilikdə, bu ilin ilk üç ayı ərzində kənd təsərrüfatı məhsullarının ixrac həcmi 26, 2 faiz, meyvə-tərəvəzin ixrac həcmi isə 20 faiz artıb. Ümid edirik ki, müsbət trendlər ilin sonunadək davam edəcək. Üstəlik, pambıq və tütün istehsalının artırılması hədəflənib, doğrudur onların ixracı gələn ilə düşəcək. Çünki, məhsul yığıldıqdan sonra tədarük, emal olunur və ixrac növbəti ilə düşür”.

F.Fikrətzadə əsas ixracatçı ölkələrə də aydınlıq gətirib: “Yerli meyvə-tərəvəz əsasən Rusiya və MDB ölkələrinə ixrac edilir. Yalnız fındıq ixracında nisbət başqadır. Belə ki, fındığın 26 faizi Rusiyanın, qalan 74 faizi isə Afrika ölkələrinin payına düşür. Yerdə qalan kənd təsərrüfatı məhsullarının 80-90 faizi əsasən MDB ölkələrinə ixrac edilir. Tütünün əsas ixrac bazarı Türkiyə və İrandır”.

Qurum rəsmisi bildirib ki, manatın iki dəfə devalvasiyaya uğramasından sonra bazarda şərtlər nisbətən yaxşılaşıb:

“İstehsalın həcmi artırıldığına görə, Azərbaycan məhsullarının ixracının artması da hər hansı qıtlıq yaranması, bahalaşma olması mənasını daşımır. Məsələn, bu il pomidor ixracı kəskin artıb. Amma daxili bazarda ötən illə müqayisədə qiymətlər üst-üstə düşür. Yəni bunun bahalaşmaya səbəb olduğunu deyə bilmərik.

Nəzərə alaq ki, daxili bazar ixracdan sərfəlidir. Daxili bazarda tələbat ola-ola qiyməti artıraraq ixrac bazarına yönəltmək kimi qanunauyğunluq yoxdur. Yalnız istehsalın artırılması gücünə ixracı artıra bilirik. Daxili bazarda qiymət artırsa, həmin məhsulun ixracı da çətinləşir. İxrac bazarına bahalı məhsul satırıqsa, Polşa, Türkiyə və başqa ölkələrdən gətirilən ucuz məhsullar da bizim daxili bazarın tələbatını ödəyir.

Ehtiyac yarandığı təqdirdə yerli sahibkarlar, biznesmenlər daxili bazarın tələbatını ödəmək üçün müəyyən ölkələrlə əlaqələr qururlar. Azad bazar iqtisadiyyatı şəraitində çalışmaq da budur”.(modern)

İnterpress.az