ABŞ Qazaxıstanın nadir torpaq metallarına investisiya imkanlarını araşdırır.
İnterpress.az xəbər verir ki, ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Huşa Çoksi rəhbərliyində 20-dən çox Amerika şirkəti Qazaxıstana səfər edib.
Görüşlər Astanada və Almatıda keçirilir, məqsəd nadir torpaq metalları sahəsində strateji tərəfdaşlıq və birbaşa müqavilələrdir.
ABŞ Qazaxıstanda nadir torpaq metalları sahəsinə maraq göstərir.
Çoksi bildirib ki, Qazaxıstanda 50-yə yaxın nadir metal növü tapılıb, təxminən 5.000 potensial yataq mövcuddur və ABŞ şirkətləri investisiya qərarını iqtisadi səmərəliliyə görə verəcəklər.
Xuraman Etibarlı
İnterpress.az