37 şəhid övladı özəl məktəblərdə ödənişsiz təhsil alacaq – FOTObackend

37 şəhid övladı özəl məktəblərdə ödənişsiz təhsil alacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə yeni tədris ilində 67 nəfər şəhid övladına dəstək göstərilib.

Fonddan verilən məlumata görə, 7 özəl təhsil müəssisəsi ilə yaradılan əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə edən 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq.

Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub.

Bununla yanaşı özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaqdır.

“YAŞAT” Fondu tərəfindən reallaşdırılan xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatlı yer alıb. Respublika ərazisini əhatə edən layihə çərçivəsində 800-dən çox hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb.

Bundan başqa təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə bu günədək ali təhsil müəssisələrində təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin təhsil haqqı isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan, 77-i isə qız olmaqla, ümumilikdə 160 şəhid övladı birinci sinfə gedəcək.