Sankt-Peterburqda ticarət mərkəzində kütləvi dava düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Siti Moll” ticarət mərkəzində baş verən kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb.
İstintaqın məlumatına görə, Yakubjon Salimzoda və 14 yaşlı Ruslan adlı yeniyetmə öz tanışları ilə birlikdə şifahi mübahisədən sonra üç kişiyə hücum ediblər.
Məlumata görə, qarşı tərəfdə maçeta olub. Lakin bu, hücuma məruz qalan şəxsləri xilas etməyib.
İstintaq iddia edir ki, qrup üzvləri rəqiblərini əl və ayaq zərbələri ilə döyüblər. Ruslanın isə kişilərdən birinə tapança tuşladığı bildirilir.
İstintaq hər iki şübhəlinin həbs edilməsini istəyib. Məhkəmə Yakubjon Salimzoda barəsində həbs qərarı çıxarıb, 14 yaşlı Ruslana isə müəyyən hərəkətləri qadağan edən qətimkan tədbiri seçib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






