Üzüm
Çəyirdəyi və qabığı ilə birlikdə yeyildikdə xərçəng toxumalarının meydana gəlməsinə və inkişafına mane olur.
Sarımsaq
Tərkibində selenium yüksək olan sarımsaq mədə, döş, bağırsaq, dəri və prostat xərçəngində şişlərin meydana gəlməsi və inkişafına mane olur. Zeytun yağında əzilərək və ya çiy şəkildə yeyilməsi daha faydalıdır.
Zərcəfil
Xərçəng hüceyrələrinin yaşamasını təmin edən fermentin fəaliyyətini azaldır.
Kök
Betakarotinlə zəngin olan kök prostat, ağız, qida borusu və mədə xərçənginə qarşı qoruyucu təsirə malikdir. Şirəsi də faydalıdır.
Pomidor
Pomidorun tərkibində bol miqdarda olan likopen xərçəng riskini azaldır.
Yaşıl çay
Tərkibindəki kateşinler antioksidan təsirə malikdir. Gündə 2 fincan şəkərsiz yaşıl çay içilməsi kiçik hüceyrəli ağciyər, mədəaltı vəzi, qida borusu və ağız xərçənginin meydana gəlməsinin qarşısını almağa kömək edir.
Ananas
Ananasın tərkibindəki \”bromelain\” maddəsi xüsusilə ağciyər, bağırsaq, yumurtalıq və dəri xərçəngində şiş yaradan hüceyrənin inkişafına mane olur.
Balıq
A, D, K və B qrupu vitaminlər baxımından zəngindir. Yod, selenium, fosfor, maqnezium və sink baxımından da yaxşı bir qaynaqdır. Xüsusilə somon kimi omeqa-3 tərkibi yüksək olan balıqlar xərçəngə qarşı qoruyucudur. Həftədə 2 dəfə yeyilməsi təklif edilir.
Çörək otu
Bədəndə mikrob və ya şişlə mübarizə aparan hüceyrələrin sayını artırır.
Quru paxlalılar
Mərci, noxud, quru paxla yaxşı lif mənbəyidir. Xüsusilə bağırsaq xərçəngi üçün qoruyucudur. Bədənə zərər verən maddələrlə mübarizə aparır və qan dövranına kömək olur.
Qırmızı bibər
C vitaminini iə zəngin tərəvəzdir. Antioksidan olan C vitamini xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır və immunitet sistemini gücləndirir.
Qırmızı soğan
Tərkibinə bol miqdarda A, B və C vitaminləri, fosfor, yod və kükürd daxildir. Təbii antibiotik xüsusiyyətiylə bağırsaq və qaraciyəri təmizləmək qabiliyyətinə malikdir.
[b]Fındıq
E vitamini baxımından zəngin qidadır. Şiş böyüməsinə maneə yaratmaq və xərçəngli hüceyrələrin özlərini yox etməyə qadirdir. Hər gün ən çox 1 ovuc yeyilə bilər.
Qatıq
Qatığın tərkibindəki təbii bakteriyalar bədənin immunitet sistemini qüvvətləndirmək baxımından əhəmiyyətli rola malikdir. Xüsusilə sütun, mədə, ağciyər və döş xərçənginə qarşı qoruyucu təsiri var.
Brokoli
Lif, A və C vitaminləri, fol turşusu və kalsium kimi qidalanma baxımından dəyəri olan bir çox faydaları var. Bədəndə meydana gələn zərərli maddələrin təsirsiz hala çevrilərək, böyrəklərdən xaric olunmasını təmin edir.
İnterpress.az