Qüdsün Ramot rayonunda silahlı insident baş verib. Hadisə nəticəsində azı 15 nəfərin xəsarət aldığı bildirilir.
Interpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrail mediasının məlumatına görə, Ramot bölgəsində terrorçular avtobusu atəşə tutublar. Ən azı 15 nəfər yaralanıb, beşinin vəziyyəti ağırdır.
Son məlumata görə, 4 nəfər həlak olub. Hücum edənlər təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Xuraman Etibarlı
Interpress.az