Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyətibackend

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə isə Avropanın digər ölkəsi olan Belçika krallığının Afrika qitəsinin mərkəzində yerləşən Konqonun istismar və müstəmləkəçiliyi barədə sizə məlumat verəcəyəm.

1835 və 1909-cu illərdə Belçikanın kralı olan İkinci Leopold “müstəmləkə” imperatorluğu qurmaq məqsədi ilə Konqonu işğal edir. İşğal nəticəsində ən az 10 milyondan çox afrikalı işgəncə və aclığa görə həlak olur.

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

(Belçika kralı İkinci Leopold)

1897-ci ildə belçikalı bir dövlət rəsmisi Konqoda reallaşan cinayətlər barədə araşdırma aparır və ictimaiyyətə açıqlayır. Lakin ikinci Leopold və müttəfiq dövlətlər tərəfindən heç bir müsbət addım atılmır.

İkinci Leopold Afrikanın tam mərkəzində yerləşən Konqonu işğal etmək üçün parlamentə müraciət edir. Parlament Kralın təklifinə müsbət reaksiya vermir. Bundan sonra Kral başqa yola əl atır. O, öz xəzinəsindən ayırdığı pul ilə “Beynəlxalq Afrika Dərnəyi” adlı xeyriyyə cəmiyyəti qurur. Amma adı xeyriyyə cəmiyyəti olan bu təşkilatın Konqoda törətdiyi cinayətlər çox dəhşətlidir.

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

(Konqoda kölə kimi işlədilən yerli əhali)

O, bu xeyriyyə cəmiyyətinin rəhbərliyinə Stanley adlı şəxsi gətirdi və istismar üçün Konqoya göndərir. 1885-ci ildə Berlində keçirilən beynəlxalq konfrans zamanı Belçika Kralı ikinci Leopold “Konqo hakimi” titulunu adrı.

Bununla da Belçika Kralı tarixdə ən arsız və qəddarcasına törədilən soyqırımın memarı və rəhbəri olur.

Onu da qeyd edim ki, Leopold Afrikaya heç vaxt səfər etməyib. Lakin adamları Konqonu qapalı həbsxana formasında idarə etməyi bacarıb. O ərazidə yaşanan qətliamlar o qədər qorxulu idi ki, insan eşitdikcə dəhşətə gəlir. Dediklərimə misal olaraq sadəcə bunu göstərmək kifayət edir ki, öldürülən afrikalıların başları Leopoldun oradakı nümayəndələrinin evlərinin həyətlərində heykəl olaraq nümayişə qoyulurdu.

Kralın adamları kölə olmaq istəməyən uşaqların əllərini kəsib bir müddət özlərində saxlayırdılar. Vaxtı gələndə isə yenə etiraz edənlərə kəsilən əlləri göstərib qorxutmaq istəyirdilər.

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

(İşləməkdən imtina etdiyi üçün əlləri kəsilən Konqolu uşaqlar)

Qorxmayan və müqavimət edən şəxslər isə vəhşicəsinə qətlə yetirilirdilər.

Əvvəldə də dediyim kimi 1890 və 1905-ci ildə Belçika istismarçıları Konqoda 10 milyondan çox insanın həyatına son qoyub. Qətliamlar o yerə çatır ki, bazar günləri istirahət etmək istəyən 60 konqolu işçi xalqın gözü qarşısında öldürülür.

Konqoda baş verən bu qətliamlar barədə Avropada heç kim danışmır. O dövrün qəzetləri tirajladıqları qəzetlərdə Belçika kralı Leopoldu qəhrəmanlaşdırırlar. O, bütün dünyaya Konqoya “mədəniyyət” apardığı üçün qəhrəman kimi təqdim olunur.

Amma həqiqət nə idi? Kral Leopold Konqoda nəyi istismar etmək istəyirdi?

Konqo qısa müddət ərzində ən vəhşi üsulların tətbiq olunduğu bir müstəmləkə ölkəsinə çevrilir. Mədəniyyət gətirmə bəhanəsi ilə bölgəyə gələn belçikalılar Konqo xalqını mədəniyyətin köləsi halına gətirirlər.

İlk kəşf edilən qaynaq fil dişi idi. Fil dişi ticarətindən külli miqdarda pul qazanan şirkətlər fil dişi toplaması üçün məcburi tutduqları kəndlilər kvotanı doldurmadığı zaman kərgədan dərisindən hazırlanmış xüsusi qamçılarla işgəncəyə məruz qalırdı. Qamçıların bir özəlliyi isə bu idi ki, çox insan onun zərbəsinə dözmürdü və həlak olurdu.

Kauçukun 1890-cı illərdən etibarən maşınlarda istifadə edilməyə başlanması Kral Leopold və Konqodakı Belçika məmurları üçün yeni qazanc qapısını açır. Konqo meşələri kauçuk üçün talanmağa başlanır. Konqo xalqı fil dişindən sonra kauçuk kvotası ilə qarşı-qarşıya qalırlar. Kərgədan dərisindən hazırlanmış qamçılardan yenə istifadə olunmağa başlanır.

Konqo əhalisinin sayı iyirmi üç illik ikinci Leopold iqtidarı zamanı üçdə birə enir. Hesablamalara görə, 20-30 milyon olan əhali artmadı, əksinə 8-9 milyon azaldı.

Belçika kralının Konqoda reallaşdırdığı qətliamlar dənizçi şirkətində işləyən bir tərəfi fransız, bir tərəfi isə ingilis olan Edmund Dene Morelin apardığı mübarizə ilə dayandırılır.

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

(Konqoda baş verən qəddarlıqları dünyaya çatdıran jurnalist Edmund Dene Morel)

Morel dənizçi şirkəti rəhbərliyi tərəfindən Konqodakı qətliamları çox araşdırdığı üçün başqa yerə göndərilmə cəzası alır. Rəhbərlik tərəfindən bu yolla cəzalandırılan Morel şirkətdəki işindən istefa verir və Konqoda yaşanan qətliamları dünyaya çatdırmaq üçün jurnalist fəaliyyətinə başlayır.
Morelin qəzetlərdə yayımladığı reportajlar qısa müddət ərzində Avropa yayılır.

(Jurnalist Edmund Dene Morelin Konqoda çəkdiyi şəkillər)

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

Bundan sonra Morel bir çox ölkəni gəzərək, dinc etiraz aksiyası təşkil edir. Morelin Konqoda çəkdiyi qolu kəsilmiş uşaq şəkilləri bütün dünyaya yayılır. Mark Tveyn ve Sir Artur Kanon Doyle kimi tanınmış yazıçıların dəstəyi və iştirakı ilə bir çox etiraz aksiyaları və yürüşlər təşkil olunur.

Belçika kralı Leopold 1908-ci ildə keçirilən etiraz aksiyalarına görə caynaqlarını Konqodan çəkir və oranın idarəçiliyini Belçika parlament rəhbərliyinə təhvil verir. Bundan 1 il sonra 1909-cu ildə Belçika kralı ikinci Leopold ölür.

Belçika siyasi rəhbərliyinin vəziyyətə nəzarət etdiyi dövrdə hər nə qədər işgəncələr və qətliamlar dayandırılsa da, zəngin mədən (mis, kobalt, almaz) yataqlarının da kəşfi ilə müstəmləkəçilik var gücü ilə davam edir.

Bu gün sözdə müstəqil olan Konqo dövləti hələ də başda Belçika olmaqla, Qərb ölkələrinin təsiri altında qalmağa davam edir. Konqo xalqı müasir köləlik üsulu ilə az miqdarda pul qarşılığında ağır işlərdə fəaliyyət göstərir. Bir sözlə imperialistlərin istismarçılıq siyasəti davam edir.

Hazırladı: İlkin Məmmədov

Konqonun acı istismar tarixi, qolu kəsik uşaq mədəniyyəti

İnterpress.az