2014 ci il Güney Azərbaycanın varlı şəhərlərindən olan Tikantəpədə (Tikap) 350 nəfər “Ağdərə\” qızıl mədənində işləyən bir çox Azərbaycanlı mədən işçiləri olub , iran rejimi aylarca fəhlələri işlədib və huquqların ödəmiyəndən sonra işdən atıb və iş muqavilələrinə təzminat vermədən sonqoyub.İran xəbər Agentlərinin yaydığı məlumata görə, neçə Azərbaycanlı mədən işçsisi evinə aylar çörək aparamiyib və bunun üstünə işdən qovulunca, öz canına qıyıb.
Rejim etiraz edən çoxsaylı mədənçiləri tutqulayıb, Batı Azərbaycanda yerləşən İran Cəza məhkəməsinin 101 nömrəli bölümü(Şobəsi) “Rejimin mədən məmurlarına və məsularına etiraz və həqarət” “hay-küy və qışqırıqla xalqın iş və fəaliyyətinə mane olmaq”, “şirkətin gözətçisini təhqir etmək”, “şirkətin gözətçisini saxlayıb və geyiminə xəsarət vermək” və “şirkətin lövhəsini qəsdən təxrib etmək” ittihamları ilə günahlandırıblar.öz qondarma məhkəmələrində bir çox işdən qövülmüş Azərbaycanlı işçiyə 500 min tümən nəqdi cərimə və 15 aydan 37 aya qarası həbs cəzası verib ,həmin məhkəmə 17 nəfər işçinin qamçılanmasına da(şallaq) hökm oxuyub .
Şallaq zərbələrinə məruz qalan 17 mədən işçisi 2014-cü il dekabrın 27-də 350 işçinin Ağdərə Mədənindən qovulmasına etiraz olaraq təşkil olunan aksiyaya qatılanlar arasında olublar. Həmin askiya zamanı etirazçılar arasından bir neçəsi intihara cəhd edib.Bugün 27 may “7 xurdad 1395” rejim qamçı hökmünü icra edib
Tikantəpənin Zərşoran və Ağdərə mədənləri Azərbaycanın və hətta İran coğrafiyasının ən böyük iki qızıl mədəni olmaqla yanaşı, Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasındadır.Xatırladaq İranda Mədənlərın 92% Güney Azərbaycanda yerləşır ki buda ortadoğunun 35% mədənləri deməkdir .
İran iqtisadçıların öz etirafina görəGüney Azərbaycanın 7 əyalətinin mədənlərinin gəliri , 7 qat daha Əhvaz neftinin gəlirindən fars rejiminə qazanclıdır,Ki buda hər Azərbaycan əyalətinin mədən gəliri və iqtisadi potansiyeli Əhvaz nəft quyularıla bərabərlik edir deməkdir.
Mis,Gümüş, qızıl,mərmər , və çox saylı sərvətlər fars rejimin əlilə Azərbaycandan sökülüb və ton ton Fars bölgələrinə götürülür ,orda fabriklər və iş imkanları yardılır və ya bir başa yurd dışına satılar.
Tikantəpə şəhəri Güney Azərbaycanın qədim kəndlərindədir ki əhalisi Əfşar türklərindən ibarət olduğu üçün bu şəhər “Əfşar Tikantəpə” adı ilə də tanınır. (oğuz)
İnterpress.az