İnterpress.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfər zamanı Elmar Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.
İnterpress.az