“2017–ci ildə 50-dən çox kəndə içməli su çəkiləcək” – Özəlbackend

“2017–ci ildə 50-dən çox kəndə içməli su çəkiləcək” – Özəl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bunu İnterpress.az-a açıqlamasında “Azərsu” ASC- nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Bura əsasən “Azərsu” ASC-nin su kəmərinə yaxın magistral yerlərdə içməli sudan əziyyət çəkən və həlli vacib olan ucaq dağ və cəbhəyani kəndləri aiddir:

“Azərsu” ASC bununla bağlı layihə və planlaşdırma departamentinə tapşırıq verib. Onlarda ilkin araşdırma aparandan sonra 50 dən artıq kənd və qəsəbələrdə içməli suya ehtiyac olduğu qənayətinə gəliblər. Bu işlərə 2017–ci ildən başlanılacaq. Demək olar ki, əksər rayonlarda bu layihə reallaşacaq. Eyni zamanda gələn il Qazax rayonunda və Xırdalan şəhərində içməli su sisteminin yenidən qurulması həyata keçiriləcək. Qazaxda İqtisadi İnkişaf Bankının, Xırdalanda isə Səudiyyə İnkişaf Fondunun hesabına realaşacaqdır”, – deyə bildirib.

Gülşanə Mustafayeva
İnterpress.az