Pərdə, plyonka, jalüzdən istifadə edən sürücülərin AQİBƏTİbackend

Pərdə, plyonka, jalüzdən istifadə edən sürücülərin AQİBƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az –a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib ki, “Yol hərəkəti haqqında\” Qanunun tələbinə əsasən, qaydalara riayət etməyən sürücülər cəzalanacaqlar:

“May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilib. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər. Bu qayadaya riayət etməyən sürücülər 150 manat məbləğində cərimə ediləcəklər”.

Gülşanə Mustafayeva
İnterpress.az