Qadın 10 gündə iki dəfə hamilə qaldı – FOTObackend

Qadın 10 gündə iki dəfə hamilə qaldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qazeta Ru”ya istinadən xəbər verir ki, avstraliyalı Keyt Hill tibbi möcüzəyə çevrilib. O, 10 gün ərzində iki dəfə hamilə qalıb. Qadın 10 il imiş ki, uşaq sahibi ola bilmirmiş.
Yumurtalıqların polikostuzu xəstəliyindən əziyyət çəkən qadın uzun illərdir ki, müalicə alırdı. Bu xəstəlik zamanı qadın orqanizmində ovulasiya getmir və hamilə qalmaq qadın üçün heç də asan olmur.
Amma buna baxmayaraq, Keyt hamilə qalaraq hamını heyrətləndirib. Əvvəlcə həkimlər anaya əkiz uşaqlar dünyaya gətirəcəyi söyləyib, lakin embrionun biri inkişafdan qaldığı üçün Hill uşaqlardan birini itirib.
Qadın möcüzə nəticəsində 10 gündən sonra təkrar hamilə qalıb və qeysəriyyə əməliyyatına iki gün qalmış özü təbii yolla körpələri dünyaya gətirib. Doğuş zamanı körpələr Oliviya və Şarlotta ayrı–ayrı çəki, qan qrupu və boy uzunluğunda dünyaya gəliblər. Lakin, 9 aydan sonra onları bir-birindən ayırmaq çətin olur.
Uşaqlar şən, aktiv və həddindən artıq fərasətlidirlər.
Tibb aləmində eyni ayda iki dəfə hamilə qalmağın elmi adı-superfetasiyadır.
Bu hal çox nadir hallarda baş verir, hətta qeyd olunur ki, dünya üzrə bu tipli hamiləlik yalnız iki dəfə baş verib.

Qadın 10 gündə iki dəfə hamilə qaldı - FOTO

İnterpress.az