E. Şahinoğlu Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə izah edir ki, Rusiyaya güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz: “Bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir. Belə olan halda rəsmi Bakının Rusiyaya cavabı necə olmasından danışan mərkəz rəhbəri bildirir ki, Putinin Ermənistanla birgə qoşun birliklərini yaradılmasını planlaşdıran sazişə imza atmasından sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi yayıMlanır və həmin müsahibədə nazir Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlandırır. Rusiyada Məmmədyarovun bu cümləsini belə anlayacaqlar ki, “biz Ermənistana istənilən hərbi dəstək versək də rəsmi Bakı buna səsini çıxarmayacaq”.
Əslində Azərbaycan Xarici İşlər Nazirliyi və ya nazirliyin mətbuat katibi Rusiya prezidentinin məlum sazişi imzalasından sonra belə bir bəyanatla çıxış etməli idi: “Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratması narahatlıq doğurur. Bu ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişə həllindəki tərəfsizliyinə kölgə salır. Ümid edirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq Ermənistan hakimiyyətini işğal altındakı torpaqları boşaltmağa razı salacaq”.
Gülşanə Mustafayeva
İnterpress.az