İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Trampın Putinlə telefon söhbəti, Avropa İttifaqı liderləri arasında çaxnaşmaya səbəb olub. Bu barədə “Daily Express” qəzeti məlumat yayıb.
Trampın sözlərinə görə, o, şəxsən özü iki güclü ölkə arasında olan konstruktiv əməkdaşlığa nəzarət edəcək.
Tramp danışıq əsnasında bildirib ki, o Putinlə beynəlxalq və ikitərəflıi münasibətləri daha da gücləndirəcək. O, əminliklə söyləyib: “Vaxtilə Vaşinqton və Moskva arasında soyuq və gərgin münasibət var idi, “buzlar əriyəcək” bütün münasibətlər bərpa olunacaq, isti və möhkəm bir əlaqə yaratmaq niyyətindəyik”.
Bu isti və barışdırıcı telefon söhbəti sübut edir ki, Rusiya nəhayət ki, kölgədən çıxaraq beynəlxalq arenada güclü mövqe tutacaq.
Proseslərin gedişi Brüsseli qorxuya salıb, rəsmi Brüssel düşünür ki, Vaşinqtonun Rusiya ilə isti münasibəti Aİ-nın fəaliyyətini arxa plana keçirə bilər.
İttifaq liderləri, Moskva və Vaşinqton arasında münasibətlərin möhkəmlənməsinin irəlidə heç bir yaxşı nəticə verməyəciyini vurğulayıblar.
İnterpress.az