Qəza səhər saat 08:20-də Bakı Beynəxalq Avtovağzalından \”20 yanvar\” istiqamətində hərəkət edən yolda, Moskva prospektində qeydə alınıb.
Həmin istiqamətdə hərəkətdə olan \”Mercedes-C Klass\” makralı avtomobil yüksək sürətlə hərəkət edərkən, yolun sürüşkən olması səbəbindən sürücü idarəetməni itirib.
Nəticədə maşın keçidin səkisinə dəyərək hərəkətdə olan \”Nexia\” markalı avtomobilə çırpılıb. Daha sonra \”VAZ-2107\” markalı maşına dəyib. \”VAZ-2107\” markalı avtomobil isə \”Opel\” və digər \”VAZ-2107\” markalı maşına çırpılıb.
Hadisə nəticəsində \”Mercedes-C Klass\” makralı maşında olan sərnişin yaralanıb.
Avtomobillərə maddi ziyan dəyib. Qəza nəticəsində yolda avtomobil sıxlığı yaşanıb. ( trend.az )
İnterpress.az