“Vətəndaş Prezidentdən üstündür” – Obamabackend

“Vətəndaş Prezidentdən üstündür” – Obama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-nin prezidenti olaraq son turunu Yunanıstanda keçirən Barak Obama çıxışı zamanı söyləyib.
Dünən Obama Yunanıstanın paytaxtı Afinada Akropolisə ziyarət edib. Ziyarətin ardından o Stavros Niarkos Vəqfində “siyasi vəsiyyət” mövzusunda çıxış edib.
“Afinada 25 əsr əvvəl yeni bir ideologiya doğuldu. Adını dövlət və xalqdan alan”demokratiya”. Bərabərliyə, qanunlara, hörmətə əsaslanan bu alov heç bir zaman sönmədi. Bəzi ölkələrdə seçkilər keçirilir, amma bizim düşündüyümüz şəkildə bu seçkilər demikratik deyil. Yeni prezident seçilər Donald Trampla bundan daha çox fikir ayrılığım ola bilməzdi, amma ABŞ-da demokratiya hər hansı bir adamdan üstündür. Demokratiyanın çoxluluğu yaxşı əlamətdir.
Demokratiya bizi fərqliliklərə dözümü olmayan, şiddət yolu ilə insanların həyatlarını dəyişdirməyə çalışan rejimlərdən daha güclü edər. Qloballaşmanın qlobal yolu marşrutun düzəltməsini tələb edir.”- deyə Obama bildirib.

İnterpress.az