Ekspert Azər Həsrt İnterpress.az-a bildirir ki, problemin mövcudluğu internet xidməti göstərən provayderlərin qeyri-ciddi və müştərilərə sayğısız yanaşmasının bir göstəricisidir:
“Əslində, dünyanın bir çox ölkələrində belə xidmətlər 7/24 rejimində işləyir. Bizdə isə, təəssüf ki, həftəsonu və axşam saat 6-7-dən sonra qəza xidməti ümumiyyətlə təklif edilmir. Özüm də dəfələrlə belə problemlə üzləşmişəm. Axşam zəng edirsən, cavab verirlər ki, səhər saat 9-dan sonra müraciət edin. Sayğısızlıqdan başqa bir şey deyil. Çıxış yolu odur ki, provayderlər xidmət səviyyəsini yüksəltsin, öz müştərilərinə sayğılı davransın və ən qısa müddətdə növbətçi qəza xidmətini təşkil etsin. Əgər hər biir provayderin bunu tək-tək etməsi çətinlik yaradırsa, onlar birləşib mərkəzləşmiş qəza xidmət də qura bilərlər\”.
Gülşanə Mustafayeva
İnterpress.az