İnterpress.az-a Respublika Perinatal Mərkəzinin doğum şöbəsindən verilən məlumata görə, səhər saatlarında düyaya gələn beşəmlər ölü doğulub.
1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əzimzadə Aysel bu gün səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib. Ancaq goğuş spontan-özbaşına fəaliyyətə başlayıb. Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Həkimlərin apardığı bütün səylərə rəğmən, körpələrin hamısı ölü doğulub.
Qeyd edək ki, Əzimzadə Ayselin 2-ci hamiləliyi olub.
İnterpress.az