Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan “RIA Novosti” agentliyinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, xalqların öz müqəddəratlarını təyin etməsilə bağlı prinsip heç vaxt ərazi bütövlüyü prinsipi ilə ziddiyət təşkil etmir:
“Ona görə ki, ərazi bütövlüyü dövlətlərarası münasibətlərə, öz müqəddəratını təyin etmə isə xalqlar arası əlaqələrə aiddir. Əgər biz, öz müqəddəratını təyin etmə prinsipini rədd ediriksə, o zaman Sovetlər İttifaqının tərkibindən çıxmamalı idik. Axı, bu həmin prinsip əsasında baş verib”.
İnterpress.az