İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Belarusiyanın prezidenti Aleksandr Lukaşenko ABŞ-ın yeni seçilmiş prezidentini sərt pro-Amerika vətəndaşı adlandırıb.
“İndi hamı gileylənərək deyir ki, ABŞ-a uyğun olmayan prezident seçildi.
Əslində Donald normal və əsl Amerikaya yaraşan adamdır. Hələ siz görün o necə siyasət yürüdəcək. O, çox sərt bir Amerika vətəndaşıdır və biz hələ düşünməliyik ki, bu siyasətdə bizim yerimiz hansı pillədə olacaq. O təzədir, onun hələki bir öhdəliyi yoxdur və o, heçkimə heçnə söz verməyib. Düşünürəm ki, Tramp daxili problemlərin yığılması ucbatından prezident seçildi. Mən əminliklə söyləyirəm ki, Donald Tramp ölkənin tarixinə adını yazdıra bilər.”-deyə, Lukaşenko bildirib.
İnterpress.az