Rusiyalı gənc Poroşenkoya zəng edərək onu ələ salıbbackend

Rusiyalı gənc Poroşenkoya zəng edərək onu ələ salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı gənc panker (telefon xuliqanı) Vladimr Kuznetsov 2 noyabr tarixində Ukrayna Prezidenti Petro Poroşenkoya zəng edərək , özünü Qızğıstan prezidenti Almazbek Atambayev kimi təqdim edib. Kuznetsov söhbətin stenoqramını öz facebook səhifəsində də paylaşıb.

15 dəqiqəlik söhbət zamanı Poroşenko “Qırğızıstan prezidentindən” 15 noyabr tarixində BMT-də Krımdakı insan hüquqları ilə bağlı keçiriləcək səs vermə zamanı Ukraynanı dəstəkləməyi və Donbassdakı vəziyyətlə bağlı Rusiyadan Ukrayna ərazilərini geri qaytarmasını tələb etməsini xahiş edib.

2 noyabr tarixində Ukrayna prezidentinin rəsmi internet saytında Poroşenkoyla Atambayev arasında telefon danışığının baş tutması ilə bağlı xəbər yerləşdirilib. Mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, hər iki dövlət başçısı ikitərəfli iqtisadi-ticari məsələləri müzakirə ediblər.

Amma elə həmin gün Qırğızıstanın prezident apparatının rəhbərinin müavini Sapar İsakov TASS agentliyinə bəyan etdiki, Ukrayna və Qırğızıstan prezidentləri arasında heç bir telefon danışığı baş tutmayıb. Ertəsi gün telefon danışığı ilə bağlı xəbər Ukrayna prezidentinin rəsmi internet səhifəsindən silindi. ( aznews.az )

İnterpress.az